Makedoniya Müasir İncəsənət Muzeyi
Makedoniya Müasir İncəsənət Muzeyi — Yunanıstanın Saloniki şəhərində yerləşən 3 müasir incəsənət muzeyindən biri .
== Tarixi ==
Makedoniya Müasir İncəsənət Muzeyi 1978-ci ildə baş vermiş dəhşətli zəlzələdən sonra Salonikinin bir qrup sakininin təşəbbüsü ilə 1979-cu ildə yaradılmışdır. Bu sahədə ilk təşəbbüs Maro laqiyaya aiddir. Onun təşəbbüsü dərhal incəsənət əsərlərinin kolleksiyaçısı, tənqidçi və xeyriyyəçi İolas Aleksandrosİolas tərəfindən müdafiə olunmuşdur.
İolas tərəfindən hədiyyə edilən 47 müasir incəsənət əsəri muzeyin daimi ekspozisiyasının yaradılması üçün baza rolunu oynamışdır. Tanınmış kolleksiyaçılar Maqda Kodzia, Franz Geiger, Aleksandros və Doroteya Ksidis, Georgies Aperqis, Dimitrios Meymaroğlu və bir çox digər rəssamlar öz kolleksiyalarını və əsərlərini muzeyə hədiyyə etmişlər .
=== Daimi eksponatlar ===
Hazırda muzeyin daimi eksponatları yunan və xarici rəssamların 2800 əsərindən ibarətdir. Daimi eksponatlardan başqa, Makedoniya Müasir İncəsənət Muzeyi Yunanıstanda ilk dəfə olaraq rəssamlar Saruxisin, Yannisin, Soklisin, Kondoğlunun, Fotisin, Xadzikiryakos-Qikasın, Nikosun, Kokkinidisin, Fassianosun, Alekosun, Stiropulosun, Psixopaidisin, Pavlosun, Kessanlisin, Akritakisin, Uorxolun, Endinin, Katzurakisin, Perdikarisin və 100-dən artıq yunan və xarici rəssamların əsərlərindən ibarət sərgilər təşkil etmişdir. Fluksusun, Delonenin, Roberin, Mattanın, Roberto Sebastyanın, Viallatın, Boysun, Yosefin, Devidin, Maksın, Bekmanın, Zervosun, Vlassis Kaniarisin, Varotsosun, Takisin,Molfessisin, lazongasın, Mutarasın. Zongolopoulosun və bir başqa rəssamların əsərlərindən ibarət sərgilər də muzeyin fəaliyyətində mühüm yer tutmuşdur.